Sərnişindaşıma sahəsində fəaliyyət göstərən özəl nəqliyyat şirkətləri ictimai nəqliyyatda mövcud problemlərin aradan qaldırılması, nağdsız ödənişə tam keçidin sürətləndirilməsi və bu sahədə tarif (qiymət) siyasətinə yenidən baxılması barədə müraciət ediblər.
Bu barədə Tarif Şurasından bildirilib.
Məlumata görə, müraciətdə göstərilən məsələrlə bağlı optimal qərarın verilməsində kompleks yanaşmanın tələb olunduğunu nəzərə alaraq, Nazirlər Kabineti tərəfindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə bu sahədə xidmətin davamlılığının və rəqabətin təmin edilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə aidiyyəti dövlət qurumlarının, bu sahədə fəaliyyət göstərən iri təsərrüfat subyektlərinin nümayəndələrindən ibarət işçi qrupun yaradılması və qaldırılan məsələlərin həlli yollarının müəyyənləşdirilməsi üçün təkliflər hazırlanması tapşırılıb.
Təkliflər hazırlanaraq hökumətə təqdim olunacaq.


Şərhlər
Tarif Şurasına təkliflər verək ki,maaş və pensiyaların,sosial yardımların Sovet İttifaqındakı qədər yox,Avropa ölkələrindəki qədər verilməsi üçün hökümətə müraciət etsin.
"Məlumata görə" ilə başlayan o uzun-uzadı cümlə Azərbaycan dilindədi?O nə cümlədi adə,Allah evinizi tiksin.On il məktəbdə,beş il də universitetdə oxumuşam,ailədə də həmişə Azərbaycan dilində danışırıq,amma başa düşəmmədim nə deyilir o cümlədə.Deyəsən söhbət atdan gedir.Yəni kimsə deyir ki mənə at lazımdı,at verin.O biri də deyir ki,lazımdırsa get ver də,nə durmusan?O da deyir ki,get özün ver də.O yandan nökər gəlir deyir ki,ağa,İldırımı verim?O da deyir ki,yox adə,faytonu qoş.Sonra da deyir ki,ağaye-pristava de,biz onun qulluğunda həmişə hazırıq.
Söhbət Tarif Sırasından gedəndə mən qorxuram
Sərnişindaşınmasında rəqabət ola bilməz! Çünki bu marşurutlar və avtobuslar kimlərindirlər və ya kimlərəsə haqq verirlər. Burada tam monopoliyadır. Hər-hansısa bir vətəndaş marşurut aça bilməz və ya avtobusunu hər hasısa bir marşuruta buraxa bilməz. Bu avtobuslar dövlət pulu və qarantiyası ilə alınıb. Dövlətin özü sərnişindaşınmanı təşkil edə bilməzmi? Bilər! Və edibdi də! Bunu ayrı-ayrı adamların adına edib. Buradan pul yeyənlərin gözü doymur. Buna görə də yenə də gediş haqqını artırıb, kasıbı, fəhləni, tələbəni soymaq istəyirlər! Utanıb, ölmürlər! Kasıb oğlunu şəhid verir, bunlar isə övladlarını və övladlarının törətdikləri cinayyətləri gizlədib, soyğunçuluqla məşğuldurlar!
Tarif şurası qiymətləri qaldırmağın yeni üsulunu tapıb deyəsən.