Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.
APA xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.
Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.


Şərhlər
Bahoooo! Necə də böyük faciə? KıTıMıTı qara geyinəcək ki, Vartan rusdan nisyə aldığı köhnə, əyrilülə tankı ilə onun təlimlərinə qatılıb hər yarış etapından sonra uğursuzluğuna görəq..bə şüvənlik salıb cığallıq eləməyəcək, onu bunu şərləməyəcək...Odur ki, Paşikə yalvarmaq lazımdır ki, "ara dığa, səni and verirəm qeyrətin- namusun Anahidin yumru yerinə gəl təlimdə iştirak elə, amandır"