Menu

Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib

27.09.2022, 08:54
Müdafiə Nazirliyinin rəhbər heyəti Şəhidlər Xiyabanını ziyarət edib

Bu gün Vətən müharibəsinin ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti İkinci Şəhidlər xiyabanını ziyarət edib.

“Report”un xəbərinə görə, onlar ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün təmin olunması uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər, ruhlarına dualar oxuyublar.

Nazirliyin rəhbər heyəti şəhidlərimizin məzarlarını ziyarət edərək üzərlərinə gül dəstələri düzüblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol