Zelenski Ukrayna ordusunun bir nömrəli hədəfini açıqlayıb

"Bu gün Ukrayna Silahlı Qüvvələrinin bir nömrəli hədəfi Donetsk vilayətidir. Ukrayna hərbçiləri işğalçıların fəaliyyətinin qarşısını almaq üçün hər şeyi edir".

“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski növbəti videomüraciətində bunu deyib.

"Əsas hədəfimiz indi oradır, çünki Donbas hələ də işğalçılar üçün bir nömrəli hədəfdir", - Ukrayna Prezidenti vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti daim əsgərləri silah və sursatla təmin etmək üçün çalışır.

"Ukrayna ordusunun bütün aktiv hərəkətləri yüksək dəqiqlikli silahların istifadəsi ilə sinxronlaşdırılmalıdır. Bu, əsas prioritetlərdən biridir", - Zelenski bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar