Menu

TEHRAN MƏNSİMOV 5 YÜKSƏKLİYİN ALINMASINDAN DANIŞDI - 3,5 saata iki yaralı ilə... + VİDEO (Yenilənib)

28.09.2022, 19:32
TEHRAN MƏNSİMOV 5 YÜKSƏKLİYİN ALINMASINDAN DANIŞDI  - 3,5 saata iki yaralı ilə...  + VİDEO (Yenilənib)

"Yuxarı Yağlıvənd yaşayış məntəqəsinin ətrafında 5 yüksəklik mövcuddur. O yüksəkliklərin biri Karyerin arxasına düşürdü. Hündür yüksəklik idi. Yuxarı Yağlıvənd yaşayış məntəqəsində 3,5 saat döyüş getdi. İki yaralı ilə 5 yüksəklik ələ keçirildi".

Bu barədə İTV-də yayımlanan “Görünməyən qəhrəmanlar” silsiləsindən “Bizim, torpaq” sənədli flimində Azərbaycan Ordusunun polkovniki Tehran Mənsimov bildirib.

Verilişin həmin hissəsini oxucularımıza təqdim edirik:

***

İctimai TV “Görünməyən qəhrəmanlar” silsiləsindən olan “Bizim torpaq” növbəti sənədli filmini yayımlayacaq.

Film 27 sentyabr saat 21:40-da efirə veriləcək.

Filmdə Azərbaycanın “Görünməyən qəhrəmanlar”ı Vətən müharibəsi ilə bağlı bilinməyənləri danışacaqlar.

Sənədli filmdə Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov da yer alıb.

“Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdisə, Xankəndini də geri qaytarmaq an məsələsidir”, - deyə o qeyd edib.

Şərhlər

Məşədi Urusov 2022-09-27 20:43:44

Ay Qarabağlı, an sözü Polkovnik Tehran Mənsimovun arzusudur. Ordunun hər üzvü bir candır! Onların iki canı yoxdur ki, birini sərhəddə qoysun, digərini Qarabağ terrorçularının yanında?

Qarabağlı 2022-09-27 15:43:38

Bəs bu an məsələsi niyə uzadılır?Ermənilər BMT.Amerika,Ftansada fəaliyyətdədirlər,bizimkilər iisə nağıl danışmaqla məşğuldur.Bunun adı nədir? Qatar gedəndən sinra dalınca qaçmaq?Bunun nəricəsi nə olur?

B.Qarabağlı 2022-09-27 14:20:29

Bəli, cənab polkovnik nəhayət ki, iki il öncə dünyəvi siyasi diplom atiya hərb məcburiyyətinə düşdü! Ordumuzun ən kiçik əskərindən Ali baş komandanına qədər, qəhrəman şəhidlərimizin və bütün soyqırım qurbanlarımızın müqəddəs ruhları qarşısında baş əyərək Sizlərə və Müqəddəs Ruhlara inanırıq ki, həmin gün uzaq deyil?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol