“Ukrayna danışıqlardan tam çıxdığına görə xüsusi hərbi əməliyyat davam edir” - Dmitri Peskov

Rusiya danışıqlara hazır olaraq qalır, lakin Ukrayna danışıqlar prosesindən tamamilə çıxıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Prezident deyib ki, Rusiya danışıqlara hazırdır. Amma vəziyyət dəyişdikcə, şərtlər də dəyişir, lakin hərbi əməliyyatın məqsədləri prinsipi isə qalır. Ukrayna tərəfi danışıqlardan tam çıxıb. Ona görə də xüsusi hərbi əməliyyat davam edir”, - Kremlin sözçüsü vurğulayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar