Səhiyyə Nazirliyi azyaşlılar arasında hərarət, boğaz ağrısı, öskürək və halsızlıqla müşahidə olunan virusun yayılması ilə bağlı məlumatlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, mövsümlə əlaqədar immunitetin zəifləməsi nəticəsində qripə yoluxma qeydə alınır. Lakin bu, kütləvi xarakter daşımır: “Hər fəsil dəyişəndə immunitet zəifləyir. Xüsusilə də uşaqlarda xəstəliklərə qarşı dözüm azalır. Buna görə də qızdırma və öskürəklə müşahidə edilən xəstəlik baş verir. Amma Azərbaycanda epidemiya halını alan xəstəlik yoxdur. Mövsümi soyuqdəymələr hər zaman olub”.
Anar Qədirli qriplə bağlı həkimə edilən müraciətlərdə kəskin artımın qeydə alınmadığını da söylədi.


Şərhlər