Azərbaycanda hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir.
Bu, sentyabrın 28-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılmış "Əmək pensiyaları haqqında" qanunda dəyişiklikdə əksini tapıb.
Belə ki, qanunun birinci maddəsinə dəyişiklik olunur. Təminat xərcliyinə (pul təminatı) - hərbi qulluqçuların hərbixidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artimlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan diger əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir
Qanunun 1.0.5-ci maddəsinə təklif edilən bu dəyişiklik bu qanunun 29.1-ci maddəsinə təklif edilən dəyişiklik ilə bağlıdır. Belə ki, pensiya hüquq əldə edən hərbi rütbəli şəxslərin əməkhaqqındakı sonrakı artımlar əsasında deyil, ölkə üzrə orta aylıq nominal əməkhaqqının artım tempinə uyğun qaydada təminat xercliyinə əsasen pensiya alan hərbi rütbəli şəxslərin əmək pensiyasının ümumi məbləğinin hər il yenidən hesablanaraq artırılması onların sosial müdafiesinin yaxşılaşdırılması ilə yanaşı emək pensiyalarının indeksləşdirilməsi metodologiyasında vahid yanaşmaya nail olunmağı məqsədi ilə hər il yenidən hesablanması üçündür.


Şərhlər
Ölkəni qoruyan hərbiçidir.Vətən olmasa, müəllim, həkim lazım deyil.Hərbiçinin iş qrafiki, riski, şəraiti və s. müəlliminkindən fərqlidir.Həkimlər isə indi hərbiçilərdən çox əmək haqqı alırlar.Direktorların (xəstəxanalarda) əmək haqqısı isə hərbiçi, polis və digərlərindən çoxdur.Biz özümüzü hansısa dövlətlərlə müqayisə etməli deyilik.Müharibə bitsə də alovlanma riski hələ çoxdur.
Ordumuz baş tacımızdır. Amma bir şeyi unudursunuz ki, o hərbçinin də yetişdirən bir müəllim var, o hərbçinin də sağlamlıq təminatı olan bir həkim var. Yaponiyada polisdən də, hərbiçidən də daha çox maaş və pensiya alir müəllim və həkimlər. Unutmayın ki, bu cəmiyyətin ən böyük yükünü həmişə müəllim və həkimlər çəkir.
Pensiyaçıya -- çox məntiqsiz yanaşmadır.Guya həkim və müəllimlər düz işləyirlər.Hərbiçinin, polisin işi müəllimin ya həkimin işindən rahat işdirmi?Məntiqinizdən belə çıxır ki, elmlər doktoru ilə adi əməkdaş eyni əmək haqqı, eyni pensiya almalıdır?Hərbiçilər olmasa biz indi sürgün həyatı yaşayırdıq.Görünür ordumuzun güclənməsi, qələbəsi sizin ürəyinizcə deyil.
Pensyaıarın hesablanmasında ayrıseçkiliyə yol verilməsi cəmiyyətin böyük narazılığına səbəb olur. Bu hesabat yalnız maaş miqdarına əsasən bir qaydada hesablanmalıdır.İnsanları qruplara bölmək humanistlikdən uzaq əməl kimi də qiymətləndirilməlidir.Məsələn işlədiyi müddətdə artıq maaş alan və eyni zamanda hamıya bəlli,ölkədə baş verən rüşvət almaq imkanı olan idarə müdirləri,polis,prokurorluq,məhkəmə.hərbi sahələrin işçiləri hətta ömrü boyu ağır və məsuliyyətli işlərdə işləyənlərdən.müəllim və həkimlərdən dəfələrlə artıq pensiya ala bilir.Bu insanlığa qaşı ayrıseçkilik və anlaşıımayan qərardır.Ləğv olunmalıdır!i