Menu

"Obama üçün Rusiya İŞİD-dən daha təhlükəlidir" - Financial Times

11.11.2014, 21:15
"Obama üçün Rusiya İŞİD-dən daha təhlükəlidir" - Financial Times

Financial Times qəzeti yazır:Vaşinqtonda ümumi fikir belədir ki,Yaxın Şərqdəki böhran daha təcili həll olunmalıdır, nəinki Ukraynadakı.

Bir amerikalı rəsmi qəzetə deyib ki, vaxt gələcək tarixçilər maraqlanacaq ki, 2014-cü ilin yazında İslam dövləti yaraqlıları nəhəng ərazilər tutduğu vaxt, ABŞ niyə diqqətini Ukraynada cəmləmişdi?

100 il qabaq da Britaniya Avropa qitəsində müharibənin qabağını almaq əvəzinə bütünlüklə İrlandiya ilə məşğul idi.

Qəzet yazır ki, bütün bunlar düzdür, ancaq Rusiya ABŞ üçün daha ciddi sınaqdır. Rusiya Obama üçün İslam Dövləti təşkilatından daha böyük problemdir.

Yaxın Şrqdə dağılan dövlətlər, terrorizm riski – bütün bunlar ciddi təhlükədir, ancaq qəzəbli, nüvə silahlı və ABŞ-a meydan oxuyan Rusiya daha böyük təhlükə yaradır. Qəzet yazır ki, bunu hələ indi-indi anlamağa başlayırlar. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol