Menu

Rusiyanın qaz kəmərlərini kim partladıb? - Baltik dənizində 4 sızma var...

29.09.2022, 13:22
Rusiyanın qaz kəmərlərini kim partladıb? - Baltik dənizində 4 sızma var...

İsveçin Sərhəd Qvardiyası həftənin əvvəlində Baltik dənizindəki "Şimal axını" kəmərlərində dördüncü qaz sızmasının baş verdiyini aşkarlayıb. Həftənin əvvəlində ikisi Danimarka, biri İsveç zonasında olmaqla üç sızma aşkar edilib. Sərhəd Qvardiyasının rəsmisi mediaya deyib ki, İsveç tərəfdə iki, Danimarka tərəfdə daha iki sızma var.

"Dördüncü sızma “Şimal axını-2” kəmərində, yaxınlıqdakı “Şimal axını-1”də aşkarlanmış daha böyük dəliyə yaxın yerdədir", - məlumatda qeyd olunub,

NATO və Avropa İttifaqı sızmaların sabotajla törədildiyini deyib, Avropanın kritik infrastrukturunu qorumaq üçün güclü tədbirlər vəd edib.

Şübhəli partlayışlar vaxtı kəmərlərdən heç biri işləməyib, ancaq onlar qazla dolu olub. Sentyabrın 26-da baş vermiş hadisədən bəri qaz Baltik dənizinə sızmaqdadır. İsveç və Danimarka seysmoloqları ərazidə güclü partlayışlar qeydə aldıqlarını deyiblər. İsveç polisi mümkün sabotaj üzrə təhqiqata başlayıb.

Xatırladaq ki, "Şimal axını" Rusiyadan Almaniyaya təbii qaz nəqli üçün çəkilmiş iki böyük kəmərdir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol