“Rusiya Federasiyasının 2 zəif nöqtəsi var. Maliyyə və iqtisadiyyat. Hazırda hər iki sahədə də problemlər yaşanır. Ona görə də, Rusiyanın illərlə müharibə aparacağı inandırıcı deyil”.
“AzPolitika.info” xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.
“Bəli, Rusiyanın həqiqətən də çoxlu ehtiyatları var. Amma bu ehtiyatlar Rusiyayla birlikdə tarixə çevrilir. Hazırda ruslar sovet dönəmindən qalan “KrAZ” tipli yük maşınlarını anbarlardan çıxararaq istifadə etməyə çalışırlar”,- hərbi ekspert bildirib.
Jdanovun sözlərinə görə, Rusiya 1,2 milyon insanı səfərbərliyə cəlb etməyi planlaşdırır: “Müharibəyə çağırılan ruslar dəhşətli şəraitdə məskunlaşmalarına rəğmən, müqavimət göstərmirlər. Onlar SSRİ dövründən qalan döşəklərdə, köhnə idman zallarında yatmağa razı olurlar. Rusiyanın təchizatla bağlı ciddi probelemləri var. Hesab edirəm ki, bir müddət sonra səfərbər olanlar evə zəng edərək, ailələrindən corab, alt paltarı, gigiyena vasitələri, ilk yardım dəstləri göndərmələrini xahiş edəcəklər. Belə olan halda müharibənin 2-3 il davam edəcəyi real görünmür”.
“AzPolitika.info”


Şərhlər