Menu

MÜĞƏNNİ RƏHİM RƏHİMLİ VƏFAT EDİB -TƏBİB ölüm səbəbini açıqladı + VİDEO (Yenilənib)

30.09.2022, 18:36
MÜĞƏNNİ RƏHİM RƏHİMLİ VƏFAT EDİB -TƏBİB ölüm səbəbini açıqladı + VİDEO (Yenilənib)

Bəstəkar-müğənni Rəhimli Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

"Report" xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili şöbəsinin müdiri Zamirə Ədilova bildirib.

Onun sözlərinə görə, Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub: "Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, R.Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib. İfaçının yanaşı ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub".

***

Müğənni Rəhim Rəhimlinin ölüm səbəbi açıqlanıb. 

Bu barədə “Qafqazinfo”ya ifaçının prodüseri Həmzə Məmmədli açıqlama verib.

Onun sözlərinə görə, sənətçinin son zamanlar ürəyində problemlər olub. Bu səbəbdən Rəhim Rəhimli gecə saatlarında evində ürəktutmadan dünyasını dəyişib.

Prodüseri R.Rəhimlinin dəfn olunacağı yeri də açıqlayıb. O bildirib ki, mərhum sənətçi bu gün saat 12-də Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.

***

Tanınmış müğənni, bəstəkar Rəhim Rəhimli vəfat edib. "Report"un xəbərinə görə, bu barədə Xalq artisti Faiq Ağayev instaqram hesabında yazıb. F.Ağayev R.Rəhimlinin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, R.Rəhimli bir sıra klipləri, mahnıları ilə tanınıb. 2018-ci ilin iyunundan 2020-ci ilin yanvar ayına kimi "MTV Azərbaycan" telekanalının direktoru işləyib.

O, eyni zamanda bəstəkarlıq fəaliyyəti ilə məşğul olub. İlkin məlumata görə, 46 yaşlı musiqiçi ürəktutmadan vəfat edib.

Allah rəhmət eləsin! 

Şərhlər

Elgun 2022-09-30 11:16:44

Doğum tarixi 28 dekabr 1976 -- 46 yasi olacaq dekabirda. siz 43 yazmisiniz

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol