Menu

Avropada qazın qiyməti 9%-dək ucuzlaşıb

30.09.2022, 09:51
Avropada qazın qiyməti 9%-dək ucuzlaşıb

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti, demək olar ki, 1 880 ABŞ dollarından aşağı enib.

“APA-Economics” xəbər verir ki, 29 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 876,6 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ( 2 056,6 dollar) ilə müqayisədə 8,75% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol