Menu

Rubl düşməklə, Qazaxıstan puluna da problem yaradır

11.11.2014, 16:40
Rubl düşməklə, Qazaxıstan puluna da problem yaradır

Financial Times yazır ki, Qazaxıstanın milli pulu olan tenge devalvasiya dilemması ilə üzləşib.

Hərçənd Milli Bank sədri deyir ki,fevraldakı kimi dəyərdən kəskin düşmə olmayacaq, ancaq bankın özünə təzyiqlər artır. Fevral ayında Mərkəzi Bank milli pulu 19 faiz dəyərdən saldı, bu da əhalinin və yerli şirkətlərinböyük narazılığını doğurdiu.

O vaxtdan yerli şirkətlər və əhali bankda tengedə olan pullarını çıxarıb, xarici valyutaya dəyişirlər. Mərkəzi Bank yaydan bəri tengenin məzənnəsini saxlamaq üçün 3 milyard dollar satıb.

Fevral ayından Mərkəzi Bankı tengenin məzənnəsini dollara çox bağlı saxlayır, ancaq son vaxtlar rusiya rublunun dəyərdən düşməsi tengeyə ciddi təzyiqyaradır.

Rusiyaya ixrac Qazaxıstanın bütün ixracının cəmi 7 faizidir. Ancaq Qazaxıstana idxalda Rusiyanın payı 37 faizdir.

Qazaxıstanın Milli bankının sədriKairat Kelimbetov deyir: “ Qazaxıstanda əhalinin bir gözü həmişə Moskvada baş verənlərdədir.” Ancaq bank sədrinin fikrincə, bu dəfə vəziyyət fərqlidir. Rusiyaya qarşı sanskiya var, Qazaxıstana qarşı yox. Qazaxıstan iqtisadiyatına investorların münasibəti Rusiya iqtisadiyatına münasibətdən fərqlidir.

Kelimbetov deyir: “Rusiyada baş verənlərə yox, dünyada baş verənlərə baxmaq lazımdır”. /AzadlıqRadiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol