Menu

Tofiq Yaqublu saxlanılıb - Yenilənib

30.09.2022, 12:15
Tofiq Yaqublu saxlanılıb - Yenilənib

Razılaşdırılmayan aksiyaya çağırış etdiyinə görə Tofiq Yaqublu saxlanılıb.

Bu barədə DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, hazırda müvafiq araşdırma aparılır.

"Araşdırma başa çatan kimi sərbəst buraxılacaqdır", - o əlavə edib.

***

Müsavat Partiyasının üzvü Tofiq Yaqublu polis əməkdaşları tərəfindən saxlanılıb.

APA xəbər verir ki, bu barədə onun qızı Nigar Həzi sosial şəbəkə hesabında məlumat paylaşıb.

Tofiq Yaqublunun hansı səbəbdən saxlanıldığı barədə hələ ki rəsmi məlumat verilməyib.

Şərhlər

Hafiz 2022-09-30 11:50:38

Ğyrəncəlidir.Niyə partiyası ona sahib çıxmır?Hanı Arif Hacılı?

miri 2022-09-30 11:34:09

Haqq deyən agızları qapanmaq istəyi, haqqı hakim etməyi sürətləndirməyə xidmət edir. Zalımın zülmü artıqca, məhvi daha yaxınlaşır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol