Menu

“İndi ev növbəsi sıravi jurnalistlərə çatıb, amma...” – Mətbuat Şurasının yeni sədri

30.09.2022, 17:56
“İndi ev növbəsi sıravi jurnalistlərə çatıb, amma...” – Mətbuat Şurasının yeni sədri

"Həmin il 31 baş redaktor ev almışdı. Mən Prezidentin qarşısında çox təsirli çıxış etdim. Səhəri gün mənə mətbuatın münasibəti dəyişdi. Hansısa jurnalist mənə zəng vurdu, hirsli vaxtıma düşmüşdü, dedim ki, “3 oğlum var, 3-nə də ev alacam”. Hamı bilir ki, bu sözləri hirsimdən demişəm…"

"AzPolitika.info" xəbər verir ki, bunu Mətbuat Şurasının yeni sədri Rəşad Məcid "İndex.az" saytına müsahibəsində deyib. "Sonradan təsdiqini tapdı ki, bu, təşkil olunmuş bir proses idi. Tapşırıq verilmişdi ki, Rəşadı dilə-dişə salın, hörmətdən salın. Niyə? Sırf Prezidentin yanındakı çıxışıma görə…", - o əlavə edib.

R.Məcid jurnalistlər üçün tikilən, amma verilməyən üçüncü binanın aqibəti haqqında da sualı cavablandırıb: "Hansı televiziyaya gedirəm, hansı mediaya müsahibə verirəmsə, bütün jurnalistlər deyir ki, Rəşad bəy, çalışın o məsələni gündəmə gətirin. Mən o vaxt da demişdim ki, ilk iki binada yaşayanların əksəriyyəti baş redaktorlar və redaktorlardı. Yəni üst qurumda olanlar ev alıb. İndi növbə çatıb sıravi jurnalistlərə və bunlar ala bilmir. Məsələn, mənə o vaxt dedilər ki, məlum müraciəti imzala, mən imzalamadım. Sual verdim ki, necə imzalaya bilərəm axı? Deməli, özüm ev almışam, amma illərdir ev arzusunda olana deyim ki, sənə ev verilməyəcək? Bu hansı mənəvi əxlaqa sığır?! Ona görə, qol çəkməmişdim. Düzdür, imzalayanların içində elələri var ki, əvvəldən bunun əleyhinədir, deyirlər ki, dövlət jurnalistə ev verməmilidir.

– Səhv düşünürlər?

– Bəs jurnalist necə ev alsın? Bu, indiki situasiyadan çıxmağın bir yoludur. Mən də sən yaşda olanda qəzetimin 700 000-lik dövriyyəsi var idi, göylə gedirdim. Məsələn, Eynulla Fətullayev deyir ki, reklam alıram. Sən ola bilsin ki, sayta reklam tapa bilirsən, nəyə görəsə yığırsan. Amma söhbət ümumi reklam bazarından gedir axı. Üstəlik, son illərdə sosial şəbəkələr reklamı bizdən qoparıb".

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol