“QƏRB EŞİTSİN: XALQLAR BİZİMDİR...” – Putin gələcək üçün manevr meydanı saxladı...

Bu gün Rusiya Prezidenti Kremldə Ukraynanın 4 bölgəsinin ihlaq edilməsi mərasimindəki çıxışında Qərbə meydan oxuyub.

"Dörd bölgə öz qərarını verdi. Gördüyünüz kimi, bu, milyonların açıq seçimidir. Bu, insanların öz müqəddəratını təyin etmək hüququdur. Bu, BMT Nizamnaməsinin maddələrində var. Qərbin məni eşitməsini istəyirəm; Donetsk, Luqansk, Xerson və Zaporojye xalqları indi bizimdir. Biz bunu müzakirə etməyəcəyik və geri çəkilməyəcəyik. Kiyev rejimi də bunu qəbul etməlidir, yalnız o zaman sülh əldə oluna bilər", - Kreml rəhbəri vurğulayıb. 

Maraqlıdır ki, o, vurğunu 4 bölgənin “xalqları” üzərinə salıb, “ərazisi bizimdir” deməyib. Bu, qəribədir. Rusiya faktiki olaraq, bu 4 bölgəni işğal edib, bu gün isə ilhaq prosesinə başlayıb. Amma Putin "Qərbin məni eşitməsini istəyirəm; Donetsk, Luqansk, Xerson və Zaporojye xalqları indi bizimdir", deyir. Bu, Putinin gələcək üçün manevr meydanı saxlamaq cəhdidirmi?...

Putin daha sonra qeyd edib ki, Sovet İttifaqı artıq yoxdur, keçmişdir, bu reallıq dəyişdirilə bilməz: "Bu gün Rusiyanın da buna ehtiyacı yoxdur. Dəhşətli 1990-cı illəri xatırlayırsınız. İndi Rusiya yenidən doğuldu və gücləndi. Rusiyanın gücləndiyini görən Qərb “biz onu yenidən necə məhv edə bilərik” axtarışına çıxdı. Qərb bizim azad və müstəqil olmağımızı deyil, müstəmləkə edib qul olmağımızı istəyir. Bizim gücümüz Qərb üçün təhlükədir. Qərb elitası təkcə beynəlxalq hüququ pozmur. Mən onlara soyqırımı və köləliyi xatırlatmaq istərdim. Biz 20-ci əsrdə qapılarımızı yeni xalqlara açdıq. Rusofobiya səbəblərdən biri də Qərb elitasıdır. Biz onların istədiyi kimi hərəkət etmədik”.

Putin nüvə silahından istifadə ilə bağlı da danışıb. "Qərb azadlıq və demokratiyadan danışır. Birqütblü yanaşma öz ritorikasına görə ziddiyyətlidir. ABŞ iki dəfə nüvə bombasından istifadə edən yeganə ölkədir", - deyib.

Ukrayna taxılının kasıb ölkələrə getmədiyini qeyd edən Putin, “ABŞ-ın tərəfdaşları sakit oturan qullara bənzəyirlər: "Deyirlər, biz kasıb ölkələrə Ukraynadan ərzaq verməliyik. Lakin onlar bu qidaları öz ölkələrinə aparırlar. Onlar bu faciədən rəqiblərini və digər ölkələri zəiflətmək üçün istifadə edirlər".

Rusiya lideri “Şimal axını” boru kəmərlərində baş verən partlayışlara görə Britaniyanı ittiham edib: "Sanksiyalar anqlosakslar üçün kifayət etmədi, onlar indi də terrora keçiblər. İnanmaq çətindir, onların “Şimal axını” beynəlxalq qaz kəmərindəki partlayışları təşkil etdiyi bir faktdır”.

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

vetendas 2022-10-01 11:30:15

Yasasin Rusiya!

t.ədalət 2022-09-30 23:18:12

Elədirsə,onda Rusiya niyə ərazilərindəki,tatarları,kalmıkları,başqırdları,ləzgiləri və başqa onlarla digər millətləri müstəmləkə altında saxlayır?

Eli 2022-09-30 19:11:51

Sen öz xalqına hansı firevan heyat yaratmıısan ki, hele işğal etdiyin reqionların xalqlarını da özününki sayırsan.Bu bedbext bir başını qaldırıb dünyaya baxır ki Dövletler öz xalqların nece yaşadır.Göresen möcüze baş verse Stalin dirilin gelse buna hansı cezanı verer yeqin ki bunu cinsiyyet üzvllerindem asar,axı Stalin 2-vi dünya mühatibesinde ANŞ,Böyük Britaniyanı Fransanı mecbur etdi ki onunla birlikde Hitlere qarşı vuruşsunlar bes bu ne etdi:eksine.

Eli 2022-09-30 18:58:04

ABŞ ,Qerb bunu tamam pis veziyyete salıb,bu ne etdiyini,ne danışdığının ferqinde deyil,tamam başını itirib.Yazıqlar olsun bu dövlete ve millete ki onun bu. seviyyete başçısı var.Bunun em yüksek vezifedi mence FSB-nin sedr müavini ola biler vessalam .Yeddi ayda apardığı mğharibe bınun hansı qabilşyyet sahibi olduğunu gösterdi.Bu bir dem seferbeyliyi normal teşkil ede bilmedi daha neden danışmaq olar.Qaıb defelerle bundan zeif olan bir Ukraynanın elinde heç ne ede bilmir.

Son yazılar