Menu

UKRAYNA NATO ÜZVLÜYÜNƏ ƏRİZƏ VERDİ - "Qətiyyətli addımımızı atırıq..."

30.09.2022, 18:57
UKRAYNA NATO ÜZVLÜYÜNƏ ƏRİZƏ VERDİ - "Qətiyyətli addımımızı atırıq..."

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin sürətləndirilmiş qaydada NATO-ya üzvlüyü ilə bağlı ərizəni imzalayıb.

"Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Təhlükəsizlik Şurasının təcili iclasından sonra videomüraciətində bildirib.

Onun sözlərinə görə, Ukrayna faktiki olaraq NATO Alyansının bir hissəsidir.

“Bu gün Ukrayna bunu de-yure etmək üçün müraciət edir. Biz Ukraynanın Alyansa sürətləndirilmiş üzvlüyü ilə bağlı ərizəsini imzalamaqla qətiyyətli addımımızı atırıq”, - Zelenski deyib.

Ukrayna lideri qeyd edib ki, Ukrayna de-fakto NATO-da öz yolunu keçib:

“De-fakto, biz artıq Alyansın standartlarına uyğunluğumuzu sübut etmişik. Biz bir-birimizə güvənirik, bir-birimizə kömək edirik və bir-birimizi qoruyuruq”.

Qeyd edək ki, bu gün NATO Baş katibi Yens Stoltenberqin də bu barədə açıqlama verəcəyi gözlənilir.


Şərhlər

dadaşyev 2022-10-01 14:45:15

NATO-ya Ukrayna lazım deyil,a kişi,NATO-ya Ukraynadan istifadə edərək Rusiyanı parçalamaq,zəiflətmək lazımdır.Yəni hələ başa düşməmisən?Ukrayna NATO üçün hərbi poliqondu,oradakı insanlar NATO-nun vecinə deyil.Nə qədər ki müharibə var,bunu bəhanə edərək səni NATO-ya almayacaqlar,bu müharibə isə onillər boyu davam edəcək.Ona görə də xam xəyallara qapılma.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol