Menu

Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək - Stoltenberq

30.09.2022, 22:59
Ukraynanın NATO-ya qəbulu ilə bağlı qərarı Alyans üzvləri verəcək - Stoltenberq

Ukraynanın NATO-ya sürətləndirilmiş qəbulu ilə bağlı qərarı Alyansa üzv 30 ölkə qərar verəcək. APA-nın xəbərinə görə, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Ukrayanın NATO-ya üzvlük müraciəti ilə bağlı deyib.

Stoltenberq deyib ki, qərar konsensus əsasında veriləcək.

“Hər bir ölkə üzv olmaq üçün müraciət etmək hüququna malikdir və NATO-nun qapıları açıqdır. Madriddəki NATO müttəfiqləri açıq şəkildə dedilər ki, biz Ukraynanın hüququnu dəstəkləyirik... Bundan sonra qərar bütün 30 üzv tərəfindən qəbul edilməlidir” – deyə Baş katib bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol