Menu

NASA noyabrda Aya raket göndərməyi planlaşdırır

01.10.2022, 09:17
NASA noyabrda Aya raket göndərməyi planlaşdırır

ABŞ Aerokosmik Agentliyi NASA noyabrda Aya raket göndərməyi planlaşdırır.

APA-nın “Bild” nəşrinə istinadla xəbərinə görə, meqaraketin yerin təbii peykinə göndərilməsi 12-27 noyabr tarixləri arasında baş tuta bilər. Dəqiq buraxılış vaxtı müəyyən edilməyib.

Qeyd edək ki, agentlik SLS raketinin buraxılışını 4 dəfə təxirə salıb.

Sonuncu buraxılış sentyabrın 27-nə nəzərdə tutulda da, ayın 25-də raket sökülərək Kaliforniyadakı kosmodromdan anqara qaytarılıb. Buna səbəb Yan tropik qasırğasının yaxınlaşması olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol