Menu

“IGB Avropanın enerji təhlükəsizliyinə ən mühüm töhfədir” - Ursula fon der Lyayen

01.10.2022, 10:47
“IGB Avropanın enerji təhlükəsizliyinə ən mühüm töhfədir” - Ursula fon der Lyayen

“Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) Avropanın enerji təhlükəsizliyinə ən mühüm töhfədir”.

“Report” xəbər verir ki, bunu Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Lyayen tviter səhifəsində yazıb.

"Bolqarıstan və Yunanıstan arasında qaz interkonnektorunun açılışında iştirak etmək üçün Sofiyada olmaqdan məmnunam. Bu qaz kəməri Bolqarıstan üçün vəziyyəti dəyişəcək. Bu, həm də Avropanın enerji təhlükəsizliyinə ən mühüm töhfədir", - paylaşımda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol