Bu ilin yanvar-iyul aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 071,8 manat təşkil edib.
“Report” xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.
Bildirilir ki, bu, 2021-ci ilin müvafiq dövrünə nisbətən 13,1 % çoxdur.
Qeyd edək ki, ilin ilk yarım ilində Bakıda orta aylıq nominal əməkhaqqı 1 065,7 manat təşkil edib.
2022-ci ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,1 % artaraq 831,3 manat təşkil edib. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.


Şərhlər
Görəsən, respublikanın digər regionlarının orta maaşlarını hesablamaq çətinmi? Öncə orta Əmək Haqqının hansı Əmək Haqqı fondu üzrə hesablandığını qeyd etmək doğru olardı? Neçə dövlət və neçə özəl müəssisə Əmək Haqqı fondlarına maddi həvəsləndirmə fondu da nəzərdə tutublar? İşçilərin *payı*ndan istehsal kapitalına istifadə yoxmu?