UKRAYNA ORDUSU LİMAN ŞƏHƏRİNİ GÖTÜRDÜ - Rusiya MN məğlubiyyəti təsdiq etdi+VİDEO (Yeniləndi)

Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsi Rusiya hərbçilərindən azad edilib.

Rusiya Müdafiə Nazirliyi etiraf edib ki, ordusunu Liman şəhərindən geri çəkməyə məcbur olub. Nazirlikdən bildirilib ki, Ukrayna ordusu itkilər verməsinə baxmayaraq, əlavə qüvvələri cəlb etməklə hücumu gücləndirib. "Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, müttəfiq qoşunları Krasnıy Limandan daha sərfəli xəttlərə çəkilib", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.

Liman şəhərinin işğaldan azad olunduğunu Ukrayna Silahlı Qüvvələri Şərq qrupları qoşununun nümayəndəsi Sergey Çerevat da təsdiq edib.

Onun sözlərinə görə, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.

***

Ukrayna komandanlığı intensiv döyüşlərdən sonra Donetsk vilayətinin Liman şəhərində rus qruplaşmasını mühasirəyə alındığını açıqlayıb.

Qərb Ordu Komandanlığının sözçüsü Sergey Çerevtay şənbə günü bildirib ki, Limanda 5500-ə qədər rus əsgəri var, lakin onların hamısı mühasirəyə düşməyib. Şünki bəzi qruplar geri çəkilməyə nail olub.

Luqansk vilayəti hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə yazıb ki, Limanda 5 minə yaxın rusiyalı hərbçi qalıb. O iddia edir ki, onlar Rusiya komandanlığından şəhəri tərk etmək üçün icazə istəyiblər, lakin rədd cavabı gəlib.

"İndi onlar mühasirəni yarmağa cəhd edə, ya ölə, ya da təslim ola bilərlər. Liman şəhərindəkı rus hərbçilərinə döyüş sursatı çatdırılması və ya qəsəbədən çəkilməsi imkanı artıq əngəllənib. Növbəti hücum Luqansk vilayətinin Kremennaya qəsəbəsinə, daha sonra Severodonetsk şəhəri istiqamətində ola bilər", - Qayday deyib.

Bu gün sosial şəbəkələrdə Limanın girişində ukraynalı əsgərlərin olduğu video yayılıb. Bunun rus qoşunlarının şəhərdən geri çəkildiyi anlamına gəlib-gəlmədiyi hələ aydın deyil.

Ukrayna Prezidenti Vladimir Zelenski də Ukrayna qüvvələrinin Liman istiqamətində uğurlarını təsdiqləyərək, xüsusilə Yampol kəndini azad edildiyini bildirib.

Sosial şəbəkələrdə isə Liman yaxınlığındakı bir sıra digər yaşayış məntəqələrinə Ukraynanın nəzarətinə keçdiyini təsdiq edən materiallar yayılıb.

Xatırladaq ki, Amerika Müharibənin Tədqiqi İnstitutu Ukrayna qüvvələrinin 72 saat ərzində Limana nəzarəti ələ keçirəcəyini açıqlayıb.

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar