Menu

“Yaza qədər Krımı azad edərik...” – Ukraynalı ekspert

02.10.2022, 18:43
“Yaza qədər Krımı azad edərik...” – Ukraynalı ekspert

Ukrayna ərazilərinin ilhaqının elan olanması ilə Rusiya Prezidenti Vladimir Putin Ukraynaya «hədiyyə» edib. İndi Qərb Krım da daxil, ərazilərin azad edilməsinə «vahid tapşırıq» kimi baxacaq.

Bu barədə «Freedom»un efirindən hərbi ekspert Roman Svitan danışıb («UNİAN»).

Onun fikrincə, Krımın azad edilməsi artıq hazırkı şəraitdə mümkündür: «Bizim mübarizəmizin dəstəklənməsi və indiki silah axınları Ukrayna ərazilərinin 1991-ci il sərhədlərinə qədər tam azad edilməsinə əsas verir. Əgər silah-sursat axınları 2-3 dəfə gücləndirilsə, bunu artıq bu il etmək olar. Dəqiqi, yaza qədər biz Krımı azad edərik».

Zaporojye vilayəti Melitopol şəhərinin işğaldan azad edilməsi bunun siqnalı ola bilər. «Əgər bizim ordunun Melitopola çıxışı barədə qərar olsa, o zaman prinsipcə Melitopolun azad edilməsindən sonra Krımla məşğul ola bilərik. Hərb elminə uyğun olaraq, bu, ən optimal variant olar» - ekspert deyib.

«Putin yeni ələ keçirilmiş əraziləri Rusiya Konstitusiyasına qəbul edərkən, Ukraynaya «hədiyyə» edib. Məsələ ondadır ki, indi hər şey eyni ssenari ilə gedir: Krım, Donbass, Xerson və Zaporojyenin bir hissəsi… Qərbin bütün bunları dinc yolla həll etməyə ümidi olmayacaq. Hesab edirəm ki, bütün istədiyimiz silahların tədarükü üzrə bütün maneələr aradan götürüləcək. Mümkündür ki, general Zalujnının sifariş etdiyi təyyarələr, «Tomoqavk» paritet səviyyəli silahlar (2 min km məsafəli) tədarük edilsin ki, biz, Urala qədər vura və Rusiya ərazisindəki hərbi obyektləri dağıda bilək» - Svitan izah edib.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol