Menu

Rusiyadan Azərbaycana gələn iki azərbaycanlı saxlanıldı

03.10.2022, 19:48
Rusiyadan Azərbaycana gələn iki  azərbaycanlı saxlanıldı

Heydər Əliyev Beynəlxalq Hava Limanında Rusiya vətəndaşı olan azərbaycanlılar saxlanılıb.

Qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə ilə Azərbaycana gələn 1990-cı il təvəllüdlü Elvin Valeh oğlu Səfərov sərhədçilər tərəfindən saxlanılaraq Hava Nəqliyatında Polis İdarəsinə verilib. Onun borclu qismində axtarışda olduğu məlum olub.

Bundan başqa Bakıya gələn Rusiya vətəndaşı, 1995-ci il təvəllüdlü Tamerlan Rövşən oğlu Mamedov da saxlanılaraq polis idarəsinə təqdim edilib. Bildirilib ki, o, istiqamətləndirici məktub əsasında saxlanılıb.

Qeyd edək ki, son günlərdə Rusiyada qismən hərbi səfərbərliyin elan edilməsi ilə əlaqədar bu ölkədə yaşayan və Rusiya vətəndaşı olan şəxslərin doğulduqları ölkələrə axını müşahidə edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol