Menu

İsrail və Aİ son 10 ildə ilk dəfə Assosiasiya Şurası toplantısı keçirib

03.10.2022, 21:35
İsrail və Aİ son 10 ildə ilk dəfə Assosiasiya Şurası toplantısı keçirib

İsrail və Avropa İttifaqı (Aİ) son 10 ildə ilk dəfə Assosiasiya Şurasının iclasını keçirməklə strateji dialoqu bərpa ediblər. “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş naziri Yair Lapidin ofisi məlumat yayıb.

Görüşdə videobağlantı vasitəsilə çıxış edən Y.Lapid vurğulayıb ki, İsrailin Aİ ilə siyasi və iqtisadi əlaqələrini gücləndirmək onun hökumətinin diplomatik prioritetlərindən biridir: “Aİ İsrailin əsas ticarət tərəfdaşıdır, lakin bizi yalnız iqtisadi maraqlar birləşdirmir”.

Onun sözlərinə görə, Assosiasiya Şurası formatında keçirilən görüş İsrail ilə Aİ arasında iqtisadi əlaqələrin inkişafına kömək edəcək və həm İsraildə, həm də Avropada yaşayış xərclərini azaltmaq üçün mübarizəni gücləndirəcək:

“Bu Şura 10 ildən artıqdır ki, yanlış səbəblərə görə çağırılmır. Bu iclası keçirməyimiz tarixi səhvi düzəldir. Son bir ildə münasibətlərimizdə xeyli irəliləyiş əldə etmişik və qarşıda hələ çox şey edə bilərik”.

Şərhlər

Xaim Biçerahov 2022-10-04 10:50:49

Əcəb maraqlı deyilmi? Özünü ən *sivil* birlik sayan Avropa İttifaqı Hərbi işğalçı Ermənistanın ardınca, qocaman işğalçı Esraillə ilgilənir və beləliklə növbəti üzvü Rusiya olacaqmış?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol