Bakıda 112 saylı məktəbdə döyülən şagirdə dəyən xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
O deyib ki, sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır:
"Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.
Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir".
***
"Bakıda məktəbdə şagirdin digər şagird tərəfindən döyülməsi faktı ilə bağlı polis araşdırmalara başlayıb".
Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov bildirib.
O deyib ki, nazirlik görüntülərdən məlumatlıdır, hazırda araşdırmalar davam edir: "Araşdırmanın nəticəsinə uyğun olaraq məsələyə hüquqi qiymət veriləcək".
Qeyd edək ki, sosial şəbəkədə orta məktəbin sinif otağında şagirdin digər şagird tərəfindən döyülməsı ilə bağlı videogörüntülər yayılıb. Hadisənin Bakıda 112 saylı orta məktəbdə baş verdiyi bildirilir.


Şərhlər
Valideyn adı altında şərh verənə :Sənin uşağını bunu kimi antimilli ünsürün biri belə alçatsa sən onun ....öpərsən.
o usaq mutleq hebs olunmaladir yoxsa belz hallarin qarsisi alinmaz olacaq
Bu uşagın davranışı, təfəkkürü, hərəkətlərini kənara qoyub "dəyən ziyan" anlayışı ilə qərar qəbulunu planlamaq düşüncəsi yanlışdır. Polis olmaqdan qabaq insan da olmaq və belə halların hər birimizin uşaqlarının başına gətrilə biləcəyini dərk etməliyik. Dərk etməliyik ki, ən müqəddəs məbəd kimi qəbul etdiyimiz məktəblərdə bu cür halların yol verilməməsi üçün həmin hərəkətləri edən və bu hərəkətlərə imkan yaradan (əyər varsa) oralardan rədd edilməlidir. Hər kəsi icbari təhsilə eyni məktəblərdə təhsil almağa cəlb etməkdən uzaqlaşmaq lazımdır. Tərbiyyə, özünütərbiyyə və yenidən tərbiyyə istiqamətlərinə elmi yanaşıb həll tapılmalıdır.
Qayda -qanun olmayan,cəzasızlıq hökm sürən məmləkətdə bu adi haldır.
Uşaqlar aasında olan belə halları şişirtməyin mənası varmı? Hərə bir evdən gəlir,hər evin öz daxili durumu var.Hadisənin məktəbdə və ya küçədə baş verməsi adi haldır.Ehtimal ki. döyülən uşaq ya söyüş söyüb,ya da xatakarlıq edib və cavabını alıb.Elə bu özü də bir tərbiyə yoludur.Hər iş yumşaqlıqla bitmir.Bəzən sərt mövqe də göstərilməlidir.Beləhallar həmişə,hər yerdə baş verə bilər.Odur ki, bəzi jurnalistlər şsizlikdən və ya bacarıqsızlıqdan belə məlumatlarla məşğul olurlar.
Biyabirchilig indi bax bu yawda fiziki ve psixi agressiya meruz galan oglan uwagi nece olacag?
Cemiyetde Taam suretle degrodasiya gedir
o sagird hebs edilmelidir- ya da ...