Menu

Xersonun azad edilməsi niyə uzanır? – Polkovnik izah edib

04.10.2022, 10:36
Xersonun azad edilməsi niyə uzanır? – Polkovnik izah edib

Ukrayna ordusu tərəfindən Xerson vilayətinin sağ sahil hissəsinin Rusiya işğalçılarından azad edilməsi uzanır, çünki Ukrayna hərbçiləri bütün düşmən paromlarını batıra bilmirlər. Belə ki, düşmən bu paromlarda hərbi texnikanı mülki maşınlarla və dinc əhali ilə birlikdə (sərnişin qismində) keçirirlər.

Bunu hərbi ekspert - polkovnik Oleq Jdanov danışıb («UNİAN»).

«Biz, niyə bütün paromları batıra bilmirik? Məhz ona görə ki, bu paromlardan yerli əhali istifadə edir» - o, qeyd edib.

Ekspert qeyd edib ki, sağ sahildə düşmən ordusunun döyüş qabiliyyəti tədricən aşağı düşür. «Yalnız onun hesabına ki, bu qruplaşmanın istifadə etdiyi material resurlarının miqdarı Rusiya komandanlığının bu günə Dneprdən keçirə bildiyi resurslardan xeyli azdır. Yalnız bu səbəbdən Rusiya ordusunun sağ sahildəki qruplaşmasının döyüş qabiliyyəti tədricən aşağı düşür - bizim atəşlərin intensivliyi hesabına…» - polkovnik əlavə edib.

Jdanov qeyd edib, çox təəssüf ki, Xerson vilayətinin sağ sahil hissəsinin azad edilməsi prosesi uzanır.

AzPolitika.info

Şərhlər

Mehman 2022-10-04 11:10:05

Parom yox,bərə .

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol