Menu

Qərb Ukraynaya hərbi yardımları genişləndirir – 43 ölkənin müdafiə nazirləri toplanır

04.10.2022, 13:52
Qərb Ukraynaya hərbi yardımları genişləndirir – 43 ölkənin müdafiə nazirləri toplanır

Oktyabrın 12-də Ukraynaya dəstək məqsədi ilə yaradılmış "Ramştayn" formatında 43 ölkənin müdafiə nazirlərinin 6-cı toplantısı keçiriləcək.

"AzPolitika.info" xəbər verir ki, görüş ərəfəsində ABŞ başda olmaqla, müttəfiqlər Ukraynaya silah tədarükünü sürətləndirir və artırırlar. Belə ki, ABŞ 625 milyon dollar dəyərində yeni hərbi yardım paketini hazırlayıb. Paketdə 4 "HİMARS M 142", 200 MRAP zirehli maşınları, HİMARS-lar üçün raketlər və s. var. Paketin bu gün elan olunacağı gözlənilir. Ekspertlər gələn həftə ərzində Pentaqonun Ukraynaya daha böyük hərbi yardımının elan olunacağını bildirirlər.

"Ramştayn" formatına daxil olan başqa ölkələrin hərbi yardımlarına gəlincə, Fransa Ukraynaya "Bastion" zirehli maşınların, CAESAR özüyeriyən haubitsaların, "Exocet AShMs" gəmi əleyhinə raketlərin göndərilməsinə hazırlaşır. Latviya isə Ukraynaya 195 kəşfiyyat dronu göndərəcək.

Başqa müttəfiqlər də Ukraynaya silah tədarükünü artırırlar, amma onların hərbi dəstəyi barədə detallı informasiya verilmir.

Xatırladaq ki, sentyabrın 8-də keçirilən "Ramştayn" qrupunun 5-ci toplantısında Ukraynaya müasir HHM sistemlərinin (NASAMS, İRİS-T) Ukrayna HHM kompleksinə inteqrasiyası ilə yanaşı, müasir qırıcıların verilməsi də geniş müzakirə olunmuşdu. Ekspertlər nəticələrin yaxın gündə məlum olacağını bildirirlər.

Pentaqon hesab edir ki, Ukrayna SQ Xerson, Xarkov və Donbas istiqamətində əks-hücum əməliyyatı çərçivəsində bütün strateji və taktiki məqsədlərə nail ola bilir.

Rasim Əliyev

"AzPolitik.ainfo"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol