Menu

Hərbi Prokurorluq Dağkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb

04.10.2022, 17:22
Hərbi Prokurorluq Dağkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb

Hərbi Prokurorluq Dağkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.

Bu barədə Baş Prokurorluqdan məlumat verilib.

Qeyd olunub ki, Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 1-2 oktyabrda erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.

Faktla bağlı Azərbaycan Hərbi Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

əlil 2022-10-04 20:57:18

erməninin ərazisinə minalar basdırılmalıdır. Bu alçaqlar nə qədər günahsız insanları qətlə yetiriblər, şikəst ediblər. Ona görədə minaların "ləzzətini" erməni faşistləri də duymalı və görməlidirlər!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol