"Rusiya Cənubi Qafqaz regionu ilə qonşudur, ona görə də Rusiyanın bölgədən, Rusiyanın Ermənistandan üz döndərməsi ilə bağlı fikirlər spekulyasiyadan başqa bir şey deyil. Mən bunu tamamilə rəsmi və qəti şəkildə bəyan edirəm".
"AzPlitika.info" erməni mediasına istinadla xəbər verir ki, bunu oktyabrın 5-də jurnalistlərə müsahibəsində Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bildirib.
Onun sözlərinə görə, regionun dinc, münaqişəsiz, regional və beynəlxalq iqtisadi proseslərə töhfə verəcək durumda olması Rusiya üçün çox vacibdir.
"Bu, Rusiya üçün çox, çox vacibdir, həyati əhəmiyyət kəsb edir", - səfir vurğulayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetindəki məqaləyə gəlincə, səfir xatırladıb ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov müəyyən şərh verib.
"Mən buna nə əlavə edə bilərəm?" - deyə, Kopirkin ritorik şəkildə soruşub.
Xatırladaq ki, Paşinyanın ailəsinə məxsus “Haykakan Jamanak” qəzetində anonim mənbəyə istinadən məqalə dərc olunub və həmin məqalədə “Lavrov planı”ndan, Rusiyanın Ermənistanın cənub rayonlarının Azərbaycanın nəzarətinə keçməsində maraqlı olduğu bildirilir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov nəşrin yazdığını cəfəngiyyat adlandırıb.
"AzPolitika.info"


Şərhlər
ermənistan Rusiyanın Azərbaycan ərazilərini işğalı yolu ilə yaradılmış bir bic qurumdur.Əlbəttə,Rusiya özünün doğduğu və qurduğu özü kimi vəhşi bir dövləyciyi unuda bilməz.
İşğalçı dövlətdən üz döndərən bütün müqavilələrinə son qoyar, silah-sursatı və digər vəsaitlərini geri çəkib, qeyri-müəyyən müddətə ondan uzaqlaşar? Yoxsa, qardaşlıq müqaviləsi bağlar ki, gecə gəlib, boş qalan Rusiya bostanlarınaı da minalar əksinlər?