ABŞ senatorlarından şok tələb - Ukraynaya maliyyə yardımı Rusiyanın aktivləri hesabına təmin oluna bilər

ABŞ senatorları Cim Riş (respubikaçı - Aydaho ştatı) və Şeldon Uaythaus (Demokrat - Rod Aylend) Ukraynaya maliyyə yardımının Rusiya Federasiyası Mərkəzi Bankından, habelə digər suveren aktivlərin hesabına təmin olunmasını təklif edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, senatorlar 2023-cü maliyyə ili üçün ABŞ-ın Milli Müdafiə Aktına “Rusiya elitaları, səlahiyyətli şəxslər və oliqarxlar haqqında” qanun layihəsinin əlavə olunması ilə bağlı təşəbbüs (REPO Aktı 2022) irəli sürüblər.

“İctimai hesabatlar göstərir ki, bütün dünyada Rusiyanın 300 milyard dollardan çox aktivləri dondurulub. Bu, rus oliqarxlarından ələ keçirilən və müsadirə edilən bütün vəsaitlərin cəmindən qat-qat çoxdur. Rusiyanın Ukraynada açıq-aşkar qeyri-qanuni müharibəsinin unikallığını və qəddarlığını nəzərə alsaq, bu vəsaitlərin müsadirə edilməsi və onun Ukraynanın savaşda qalib gəlməsinə və ölkəsini yenidən qurmasına kömək etmək üçün yönəldilməsi düzgün olardı”, - deyə senator Cim Riş bildirib.

Öz növbəsində, senator Şeldon Uaythausa görə, Birləşmiş Ştatlar Vladimir Putinə Ukraynaya qəddar işğalını davam etdirməsi halında ağır nəticələrlə üzləşə biləcəyini başa salmalıdır.

Hər iki senatorun təklifinə əsasən:

- Amerika prezidentinə Rusiyanın ABŞ-da dondurulmuş suveren aktivlərini müsadirə etmək hüququ vermək;

- Maliyyə qurumlarından Rusiya Federasiyasına aid bütün suveren aktivləri haqqında hesabat vermələrini tələb etmək;

- Ukraynaya dəstək fondu yaratmaq və müsadirə edilmiş vəsaitin Ukraynanın xeyrinə yönləndirilməsini tələb etmək;

- ABŞ dövlət katibinə müsadirə edilmiş vəsaitləri Ukraynaya göndərmək səlahiyyəti vermək;

- ABŞ Dövlət Departamentinin Sanksiyalar üzrə Koordinasiya Ofisini Rusiyanın digər ölkələrdəki əlavə suveren aktivlərinin müsadirə edilməsi üçün xaricdəki tərəfdaş və müttəfiqlərlə çalışması məqsədilə əlavə resurslarla təmin etmək.

635x100

Şərhlər

Ədalət 2022-10-05 22:44:59

Tam ədalətli təklifdir

Son yazılar