Sumqayıt-Xırdalan-Bakı qatarının sərnişinləri narazıdır.
Modern.az xəbər verir ki, Bakı Dəmiryolu Vağzalında toplaşan sərnişinlər qatarda sıxlığın olması və havalandırma sisteminin işləməməsinə etiraz ediblər.
Bildirilib ki, elektrik qatarı ilə gündəlik işə gedib-gəlmək xeyli çətinləşib. Qatarların sayının azlığından şikayət edən vətəndaşlar problemin tezliklə həll olunmasını tələb ediblər. Səlahiyyətli şəxslər tez bir vaxtda yeni qatarların reysə buraxılacağına, şikayətlərin rəhbərliyə çatdırılacağına söz veriblər.
Qeyd edək ki, bu gün Bakı Dəmiryolu Vağzalında sərnişinin səhhətində problem yaranıb. Buna səbəb kimi sıxlığın olması göstərilib.


Şərhlər
Tez bir zamanda yeni qatarların reysə buraxılması bu dərəcədə mümkün bir şey imişsə şikayətə qədər niyə buraxılmayıb?Reysə çıxmış kimi göstərilib maaş cədvəlində maaş verilənlər də "ölü canlar" hesab olunur,cənablar.İşə çıxmadan dövlətdən pulumuzu alaq,camaat qırılır qırılsın yəni.İşə buraxılmayan qatarlar iş zamanı xarab oldu deyə təmirinə də pul tələb edək.Hətta.Yeyək içək xoş keçək.