Menu

"Azərbaycanla sülh müqaviləsini imzalayın" - Ərdoğan Ermənistana çağırış edib

06.10.2022, 23:16
"Azərbaycanla sülh müqaviləsini imzalayın" - Ərdoğan Ermənistana çağırış edib

"Türkiyə-Ermənistan-Azərbaycan münasiblərinin isinməsini, həll olunmasını istəyirik".

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pragada mətbuat konfransı zamanı erməni jurnalistin sualına cavab olaraq bildirib.

O qeyd edib ki, Türkiyə və Ermənistan arasında hal-hazırda karqo və hava daşınmaları üzrə danışıqlar gedir, xüsusi nümayəndələr ilə xarici işlər nazirlikləri bunları müzakirə edir.

“Bizim ilkin şərtimiz yoxdur. Sadəcə olaraq Azərbaycanla aranızda sülh müqaviləsini imzalayın deyirik. Bundan sonra bizimlə bağlı heç bir problem qalmaz. Qapılarımızı, hava, qara və dəmir yollarımızı açarıq”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol