Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərovun tabeliyində çalışan işçiləri təhdid edən audioyazısı ortaya çıxıb.
Bununla bağlı Yenisabah.az saytı məlumat yayıb.
İddia edilib ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb.
O, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib. Yaşar Ömərov əməkdaşlardan öz ərizələri ilə işdən getmələrini tələb edir: “Hələ iki həftə buradayam. Gedib bu şad xəbəri Akif müəllimə çatdıra bilərsiniz. Yaxşısı budur ki, ərizənizi yazıb öz xoşunuzla işdən gedin, yoxsa sonra hamınızı pis günə qoyacağam”.
Həmin səs yazısını təqdim edirik:

Şərhlər
Elə nazir də bunun tayıdır.
Bu kolxoz deyilən gədəni təlimatlandıran deyəsən 5-ci kalonun ünsürləridir.Tutağan olma bala dişilərini qırarlar
Özbaşınalığın bariz nümunəsi! Baxın ölkə necə idarə olunur.
---Əşi,bu adamı rektor əvəzi qoyanda bir baxmazlarmı ki yaa bu pedaqoqdu ya yox? ---Bu nə sözdü məşədi?Universitet rektoru pedaqoq olar daa.---Əşi bu pedaqoq çıxmadı.Görmürsən nələr danışır?
Camahatin coreyine bayis olan bizim genclere ne vereki
Allah dəvəyə qanad verməsin demişlər.Görək Elm və Təhsil nazirimiz buna nə don geydirəcək?