Rüşvət və mənimsəmə əməllərinə görə barəsində cinayət işi başladılan sabiq nazir Səlim Müslümovun vaxtilə qohumlarını da bu işə qatdığı məlum olub.
"Kriminalqafqaz" xəbər verir ki, bununla bağlı 2013-2018-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində İqtisadiyyat şöbəsinin müdiri olmuş Şəlalə Cəfərova etiraf edib. Belə ki, həmin müddətdə S.Müslümov Ş.Cəfərovanı xidməti otağına dəvət edərək Dövlət Sosial Təminat Xidməti, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti və Aparat üzrə olan satınalmalardan “otkat”ın ona verilməsinə göstəriş verib. O da vəzifəsində qalmaq üçün S.Müslümovun tələbi ilə razılaşıb. 2014-2018-ci illərdə aylıq pullar Şəlaləyə verilib. O isə həmin pulları Səlim Müslümova xidməti otağında çatdırıb. Satınalmalar üzrə "otkat"ın miqdarı 20% olub.
Qeyd olunan dövr ərzində mal, iş və xidmətlərin alınması üçün ƏƏSMN və tabeli qurumları tərəfindən bağlanmış müqavilələr əsasında ödənilmiş vəsaitlərin ümumilikdə 4.369.355 manatı onlardan nağd şəkildə alınaraq müqavilə bağlanıldığı vaxtdan həmin ilin sonunadək Səlim Müslümova xidməti otağında verib.
Bundan əlavə, istintaq zamanı Şəlalə Cəfərova Səlim Müslümovun yeyinti əməllərində qohumluq əlaqələrindən də istifadə etdiyini deyib. Onun sözlərinə görə, məcburi dövlət sosial sığorta haqlarının toplanması qaydalarına əsasən DSMF-nin auditoru İqtisadiyyat Nazirliyinin əməkdaşı ilə birlikdə Bakıda müxtəlif şirkətlərdə yoxlamalar keçirirmişlər. DSMF-nin Bakı şəhərində hüquqi şəxslərlə iş üzrə departamentinin audit şöbəsinin müdiri isə Fuad Əlizadə olub. Hansı ki, Fuad Əlizadə sabiq nazir Səlim Müslümovun dayısı qızının əridir. Bakıdakı şirkətlərdə yoxlamalar məhz Fuad Əlizadənin kurasiyasında olub. Onun rəhbərlik etdiyi şöbənin işçiləri yoxlamaları həyata keçirirərək həmin şirkətlərdən qanunsuz alınmış pulları Fuad Əlizadəyə veriblər. O isə həmin pulları öz müdiri Şiraslan Əsədovun vasitəsilə Səlim Müslümova çatdırıb.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ilin fevralında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb. O, Dövlət Sosial Müdafiə Fondunun sədri (2002-2013) və nazir (2013-2018) işlədiyi dövrlərdə 27 milyon manatlıq rüşvətalma, mənimsəmə və israfetmə əməllərinə görə ittiham olunur. Sabiq nazir həmin puldan 20 milyon manatını istintaq dövründə ödəyib. 8 milyon manatlıq əmlakı üzərinə isə həbs qoyulub.

Şərhlər
Elə ölkə başdan ayağa qumarxanadırNazirlər,İcea başçılar möhürlə qumar oynayırlar.Sanki bu kim tərəfdənsə qanunlaşdırılıb.Bir az cızığından çıxanlar həmən cəzalandırılır.Misal azad edilən məmurlar.hansı nazir həbs edildi ki? Məmmədovlar.Mahmudov,İbrahimovlat,Qaratev.məmmədyarov və bunun kimi.Həbs olunanlar da bir az keçəndən,yaddan çıxardılandan sonra amnisriya tətbiq edib buraxırlar.
Şəlalə Cəfərovanın bir Dəyanət adında işçisi də var idi. Dəyanət də Şəlaləninin QHT-lərdən pul yığanı idi. Açıq alver gedirdi. 30 %-dən layihə satırdılar. Hər QHT bu nazirlikdən layihə ala bilmirdi. Gizli şəkildə 5-6 QHT ilə alver gedirdi. Aylıq faizləri də Dəyanət yığırdı. Yəni QHT sədri puulu bankdan çıxardıb, hər ay Şəlalənin 30%-ni Dəyanətə gətib nazirlikdə verirdilər. Elə QHT var idi ki, ildə 4-5 layihə verirdilər ona. Əslində 1 layihədən artıq ilmaz. Araşdırın görün bu korrupsioner şəbəkə ilə işləyən adı hər yerdə nümunəvi kimi çəkilən QHT sədrləri kimlərdir? Biz bilirik Səlim Müslümovun alver şəbəkəsinin daiimi müştəriləri hansı tanınmış QHT sədrləridirlər. Qoy, əlaqədar quqmlar da bilsinlər. Əgər onlar üçün maraqlıdırsa!!!
KİV-ində Səlimin bu qohumu haqda yetərincə yazılırdı. Heç kim tədbir görmür, sanki gözləyirdilər ki, keyfi istəyən qədər talayıb yıgsın.
Senan adı ilə yazana: yazırsan ki, "Bu lap qumarbaxa.oxşayır ki..." bu nə deməkdir, başa düşmürəm...yazanda elə yaz ki, başa düşülsün, anlaşılsın...
Bu Səlimin əvvəli kasıb, miskin, necə deyərlər güclə ayaqüstə dayananın biri olub, yataqxanada yaşayıb və s...sonradan vəzifələr və böyük pullar görən kimi çaşdı və başladı çapıb-talamağa...əvvəldən görməyənin qarnını doyurmaq çətin olar...bir sözlə aftafa görməyən arxa xoruldayar...özü cəhənnəm bu Şəlalə və digərlərini də özü ilə həbsxanaya sürükləyir...
Şəlalə Cəfərovanı da da içəri salmaq lazımdır. Yoxlanılsa görünər ki, QHT-lərə 30 faizdən sosial xidmətlər layihələri satırdı. Elə QHT var ki,Şəlalə ona ildə 3-4 layihə satırdı. Layihənin də hər birinin məbləği 70-80 min manatdan. Çox qəddar qadındır.
Hörmətli "Azpolitika.info" ! Talançı və oğru nazir və məmurlar ölkəmizdə yetərincədir.Onlar haqqında yazmağa dəyməz.Əsas məsələ "Tərtər işi"dir.Hərbiçilərimizi işgəncə ilə öldürən,onlara butulka dürtdürən,necə deyərlər, bizdən ,sanki ermənilərin qisasını alan Nacmuddin Sadıkov,hərbi prokuror Xanlar Vəliyev haqqında yazmaqdır.Bizim vətən uğrunda döyüşən,yurdumuzun keşiyində duran balalarımıza edilən qəsddən yazmaq lazımdır.Bu qəsdi edənlərin başında dayanan Nacmuddin Sadıkov tabasaran,Xanlar Vəliyev isə kürddür.Bəlalarımızı burda axtaraq!
Bu lap qumarbaxa.oxşayır ki...