Menu

Atası Məsut Özili məhkəməyə verdi

11.11.2014, 21:38
Atası Məsut Özili məhkəməyə verdi

Futbolçunun menecerliyi ilə məşğul olan şirkət ondan 630 min avro tələb edir

Atası Məsut Özili məhkəməyə verib. ANS PRESS-in məlumatına görə, buna səbəb futbolçunun meneceri olan atasına olan borclarıdır.

Belə ki, oğlunun menecerliyini edən Mustafa Özilin şirkətinə buna görə müəyyən faiz almalıdır. Lakin Məsut bu pulları doğma atasının şirkətinə ödməyib. İddialara görə, ötən ilin oktyabrınadək futbolçunun menecerliyi ilə məşğul olan şirkət ondan 630 min avro tələb edir.

Qeyd edək ki, Məsut ötən il atasını menecerliyindən məhrum edərək bütün hüquqlarını qardaşı Mutlu Özilə vermişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol