İşğal edilmiş Krımın "parlamentinin" rəhbəri Vladimir Konstantinov deyib ki, "ukraynalı vandallar” Krım körpüsündə yol yatağına ziyan vurublar. Onun sözlərinə görə, dəymiş ziyan ciddi xarakter daşımır və tez bir zamanda bərpa olunacaq.
Yerli “hakimiyyət orqanları”nın məlumatına görə, körpüdə nəqliyyatın hərəkəti dayandırılıb, onun naviqasiya tağlarına ziyan dəyməyib.
Kerç boğazında gəmiçilik dayanmayıb, avtomobillər üçün bərə keçidi hazırlanır.
İşğal edilmiş Krımın rəhbərinin müşaviri Oleq Kryuçkov əlavə edib ki, hazırda yanğın söndürülür, sürücülər üçün körpünün yaxınlığında yemək və istilik məntəqələri yaradılır.
"Səbəblər və nəticələr haqqında danışmaq hələ tezdir", - o yazıb.
"AzPolitika.info"


Şərhlər