PUTİNİN MÜHARİBƏYƏ XƏRCLƏYƏCƏYİ PULLAR QURTARIR - “Pul yoxdur, amma siz döyüşün...”

“Hökumət Rusiya hərbçilərinə kütləvi şəkildə “atmağa” hazırlaşır”

Kremlin göstərişi ilə Rusiya hərbi Baş Qərargahının Ukraynaya qarşı hazırladığı hücum planına əsasən rus ordusu bir həftə ərzində müharibəni uğurla başa çatdırmalıydı. Elə məhz həmin plana uyğun olaraq da hərbi büdcədən müvafiq vəsait ayrılmışdı. Amma hər şey rusların gözlədiyinin əksinə getməyə başladı və müharibə xeyli uzandı.

İndi bəlli olur ki,Rusiyanın Ukrayna ilə uzunmüddətli müharibə aparması üçün lazımi resursları yoxdur. Səfərbərlik isə vəziyyətin çətin və mürəkkəb olduğunu tam üzə çıxardı.

“AzPoltika.info” xəbər verir ki, Latviyanın “The Insider” portalı “Pul yoxdur, amma siz döyüşün. Putinin müharibəyə xərcləyəcəyi pullar necə qurtarır” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur. 

Həmin məqaləni qısa ixtisarla təqdim edirik: ”Putinin hərbi səfərbərliyinin iqtisadi tərəfini hesabladıqda, əksər icmalçılar deyirlər ki, bu, ixtisaslaşmış əmək bazarı üçün və müəssisələrdəki bacarıqlı işçilərin itirilməsi baxımdan fəlakətlə nətilənəcək. Bütün bunlar doğrudur. Məsələn, hələ iyul ayında Vladimir Putin öz nazirləri ilə keçirdiyi müşavirədə etiraf etmişdi ki, yaxın iki ildə informasiya texnologiyası üzrə 1 milyon nəfər ixtisaslı kadra ehtiyac yaranacaq. Bəli, indi vəziyyət yalnız pisləşir.

“Rosatom”un sahibkarlar arasında keçirdiyi rəy sorğusunun nəticəsinə görə, ixtisaslı işçilərin qıtlığı ölkədə sənaye istehsalının artımını məhdudlaşdıran 5 əsas amildən biridir və bu problem 2022-ci ildə daha da böyüyüb.

Səfərbərlik ən gözlənilməz təhlükələr daşıyır. Məsələn, Qərb sanksiyarından yan keçmək istənildiyi bir vaxtda bu, paralel idxaldakı müərəkkəb sxem ürə ixtisaslaşlmış kiçik şirkətlərə zərbə vurur.

Lakin səfərbərliyin ixtisaslaşdırılmış əmək bazarına vurduğu zərbənin miqyasının dəyərləndirilməsi hələ qabaqda olacaq. İndi yalnız ümumi vəziyyəti şərh edirik. Ancaq bizə bir şey aydındır ki, səfərbər olunmuş canlı qüvvənin təchizatı üçün hərbi büdcəyə əlavə heç nə verilməyəcək.

Bu,”Vedomosti” qəzetnin əlinə keçmiş ”Büdcə, vergi və gömrük-tarif siyasətinin 2023-2025-ci illər üçün əsas istiqamətləri” sənədindən aydın olur.

Bu sənəd Putinin Ukraynaya təcavüzü ilə bağlı hərbi xərclərin artırılması miqyasını görməyə imkan verir. Həmin sənəddən hanıs nəticələr hasil etmək mümkündür? Konkret olaraq deyə bilərik ki, müharibənin və səfərbərliyin maliyyələşdirilməsi üçün Putinin pulu çatmayacaq və onun bütün səyləri uğursuzluğa düçar olacaq.

2022-2024-cü illər üçün nəzərdə tutulan hərbi xərclər artırılacaq. Üç il üçün ümumi əlavə artımın həcmi 3,4 trilyon rubldur. Bu, indiki müharibənin maliyyələşdirilməsi üçün qətiyyən kifayət deyil. Səfərbər edilən canlı qüvvənin xərcləri barədə hələ danışmırıq...

Biz nə qədər insanın səfərbər ediləcəyini tam bilmirik. Səfərbər edilənlərin sayı 300 min, bəlkə də az oldu. Şoyqunun dediyinə görə, onların sayı müqavilə ilə xidmət edənlərə bərabər olacaq (Müdafiə Nazirliyinin məlumatına görə, 400 min müqavilə bağlayan var).

Daha sadə formada desək, əvvəllər “sülh dövrünün” təsdiq edilmiş hərbi büdcəsinin həcmi 3,5 trilyon rubl idisə və buradan 1,2-1,5 trilyon rubl yalnız şəxsi heyətin saxlanmasına gedirdisə (məvacib və təchizat), yerdə qalan hissə silah alınmasına yönəlirdi. Bu məbləğ onsuz da özünü dünyanın ikinci ordusu hesab edən silahlı qüvvələr üçün az idi.

Aydındır ki, belə iri miqyaslı müharibədə şəxsi heyətə verilən pul ödəmələrinin həcmi kəskin artmalıdır. Ona görə də hərbi xərclər planlaşdırıldığı kimi 1-2 trilyon rubl yox, ən azı 3-4 trilyon rubl artırılmalıdır. Hələ həmin artımların ödəniləcəyinin özü şübhə altındadr. Görünür ki, Putin və Maliyyə Nazirliyi hərbçilərin maaşlarını, ödəmələri və kompensasiyalrı verməkdən yayınacaqlar. Necə deyərlər, onlara kütləvi şəkildə “atmağa” hazırlaşırlar.

Ordunun şəxsi heyətinin təchizatındakı vəziyyət daha acınacaqlıdır. Hazırkı hərbi büdcədə bu məqsəd üçün bütün orduya cəmi 436 milyard rubl ayırılıb (bu məlumat 2021-ci ilin dekabrında təsdiq olunmuş federal büdcənin materialından götürülüb). Biz döyüş meydanında “təchizatın” necə yoxsul olduğunu tam mənası ilə görürük. Ordunun normal ləvazimatla təchizatı üçün Putin bir neçə trilyon rubl ayırmalıdır, amma görünür ki, o, bunu etməyə hazırlaşmır. Yəqin, elə hesablanıb ki, hərbçilər qidanı və geyimi özləri “müstəqil” şəkildə təmin edəcəklər.

Öncəki illərdə hərbi büdcənin təxminən üçdə ikisi ordunun özünə yox, silah alışına gedib, yəni pulun çoxu Hərbi Sənaye Kompleksinə yönəldilib. Ümumilikdə 3 trilyon rubl dəyərindəki hərbi xərclərin təxminən 2 trilyon rublu silahlanmaya gedib və bunların əksəriyyəti məxfi xərclərdir. Artırılmış hərbi büdcənin necə paylanacağı bilinmir. Ancaq Ukrayna müharibəsində itirilmiş böyük sayda silah və mərmi fonunda əminliklə deyə bilərik ki, 2022-2024-cü illərdəki hərbi büdcədəki xərclərdə Hərbi Sənaye Kompleksinin payı azalmayacaq, əksinə, artacaq. Elə ona görə də hərbçilərin təchizatı ilə bağlı hər hansı pul artımından söhbət gedə bilməz. Bu istiqamətdə orduya əlavə pul verilməyəcək.

Belə çıxır ki, orduya gətirilmiş yeni 300 minlik qüvvəni kimsə əməllicə maliyyələşdirməyə və təchiz etməyə hazırlaşmır. Bütün aspektlərin hamısını bir kənara qoyaq və yalnız bir müddəanın üzərində duraq. Ödəniş almayan və zəruri ləvazimatlarla təchiz olunmayan ordu döyüşə bilməz.

Faktiki olaraq təzəcə səfərbər edilmişləri sözün əsl mənasında ölümün ağzına atırlar, çünki zirehli gödəkçədən tutmuş, xüsusi geyimlər və müxtəlif ləvazimatlar üçün kifayət qədər pul ayrılmır. Müharibənin indiki miqyasında Putin hərbi büdcəni 9-10 trilyon rubl artırmalıydı.

Soruşa bilərsizin ki, bəlkə hərbi büdcənin artırılması ilə bağlı müvafiq sənəddə məxfi hansısa bənd var və biz ondan xəbərsizik. Yoxdur, belə bir şey yoxdur!

Deməli, biz reallığı adekvat dəyərləndirə bilməyən Rusiya dövlət idarəetmə sisteminin dağılmasının parlaq nümunəsi ilə tanış oluruq”.

V.Nəsibov

“AzPolitika.info”























































Еще работы Алексея Турчина:




Про Ontol

Онтол — это карта, позволяющая выбрать максимально эффективный маршрут формирования своего мировоззрения.

Онтол основан на на суперпозиции субъективных оценок, рефлексии прочитанных текстов (в идеале — миллионов/миллиардов людей). Каждый человек, участвующий в проекте сам для себя решает, что является топ-10/100 самого важного, что он прочитал/посмотрел по значимым аспектам жизни (мышление, здоровье, семья, деньги, доверие и пр) за последние 10 лет или всю жизнь

635x100

Şərhlər

t.ədalət 2022-10-09 13:45:14

Deməli,Sankt-peterburq şəhərində mdb dövlət başçıları ilə keçirilən görüşün məqsədi pul toplamaq imiş.Ay səni,lukaşenko, traktor bağışlamaqla çulunu sudan çıxarmağa çalışırmış ...

Son yazılar