Menu

Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

11.10.2022, 08:51
Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Oktyabrın 10-u saat 23:00-da Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutub.

Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib.

Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Şərhlər

dadaşyev 2022-10-11 09:02:01

Atan kazaklardı.Avropa görüşündə iki xalqın bir-birinə yaxınlaşa bilməsi ehtimalı belə Rusiyanı son dərəcə qıcıqlandırır deyə o görüşdən sonra belə şeylər gözləniləndi.Otuz ildən çoxdu ki bu məsələ bu qaydada davam edir.İki qonşu xalq birtəhər ortaq dil tapıb yaxınlaşmaq istəyincə mütləq gecələr araya "şeytan" girir,parthapart salıb aradan çıxır və işlər yenidən rusca olur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol