Menu

Keçmiş polis rəisini avtomobil vuraraq öldürüb

11.10.2022, 13:59
Keçmiş polis rəisini avtomobil vuraraq öldürüb

Sumqayıt şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə dənizkənarı bulvar ərazisində qeydə alınıb.

“Chevrolet Camaro” markalı avtomobilin sürücüsü piyada Çingiz Alxasovu vurub.

Nəticədə o hadisə yerində vəfat edib. Qeyd edək ki, Ç.Alxasov Bakı şəhər Baş Polis İdarəsinin Maliyyə İdarəsinin keçmiş rəisi olub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol