Cenevrə Arbitraj Məhkəməsi Moskvanın şikayətini rədd etdikdən sonra Rusiya dövləti "Yukos Capital"a 2,6 milyard dollar ödəməlidir.
"AzPolitika.info" xəbər verir ki, bu barədə adıçəkilən şirkətin sahibi, keçmiş siyasi məhbus Mixail Xodorkovski "Facebook" səhifəsində yazıb.
"Rusiya, Cenevrə Arbitraj Məhkəməsinin dövlətin nəzarətində olan "Rosneft" tərəfindən mənimsənilən "Yukos"un maliyyə qolu tərəfindən qaldırılan işə baxmağa səlahiyyətinin olub-olmamasına etiraz etdi. Məhkəmə Rusiya parlamentinin transsərhəd enerji ticarəti və investisiyalarını tənzimləyən enerji xartiyası müqaviləsini rədd etməsi ilə bağlı əsaslandırılmış bu arqumenti qəbul etmədi",-deyə Xodoorkovski bildirib.


Şərhlər