Menu

Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib

11.10.2022, 15:44
Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği müəyyənləşib

Jurnalist vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə ödənişin məbləği 20 manat təşkil edəcək.

“Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Jurnalist vəsiqəsinin forması”nın və “Jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə ödənişin məbləği və həmin vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında qərarında əksini tapıb.

Sənəddə bildirilib ki, vəsait jurnalist vəsiqəsinin verilməsinə və ya dəyişdirilməsinə görə Medianın İnkişafı Agentliyin bank hesabına edilən ödənişlər hesabına formalaşdırılacaq.

Şərhlər

t.ədalət 2022-10-11 19:17:17

Ödsəniş lənətə gəlsin!Evlərdəki ayaqyoluna girişə də ödəniş qoyun,millətin canı dincəlsin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol