Menu

Azərbaycanda dərman çatışmazlığı problemi var

11.10.2022, 20:24
Azərbaycanda dərman çatışmazlığı problemi var

“İl yarım bundan qabaq İcbari Tibbi Sığorta Fondunu tənqid edən deputat mən olmuşam”.

 APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

Deputat bildirib ki, insanların 80-90%-i bu gün bu Fonddan razıdır: “İclas başlayandan mənə bir neçə həkim məlumat göndərib. Bu müraciətlər TƏBİB-ə aiddir. Bu gün bir aydan çoxdur ki, “Adrenalin” adında dərman yoxdur. Bu gün 10-larla cərrahiyyə əməliyyatı dayandırılıb. Bu gün hansısa işbazlar 1 manatlıq olan bu dərmanı 100-150 manata satırlar. İkincisi, qlükoza və hidrogen xlorofil fizioloji məhlul dərmanı tapılmır. Çünki bunlar ölkəmizə Ukraynadan gəlir. İkincisi, bu dərmanlar Türkiyədə rahat satılır. Bizim bir ay əvvəl fikrimiz var idi ki, Türkiyədə satılan dərmanları Azərbaycana da gətirək. Bu problem təcili aradan qaldırılmalıdır. “Adrenalin" dərmanına görə bu gün həkimlər cərrahi əməliyyat həyata keçirə bilmir. Bu problemin həllini uzatmaq lazım deyil”.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bu problemin mövcudluğunu təsdiqləyib: “Ölkə üzrə bəzi dərman preparatlarının çatışmazlığı ilə üzləşirik. Bunun səbəbi Rusiya-Ukrayna müharibəsidir. Bu problemlər nəinki bizim ölkədə, MDB məkanında bütün ölkələrdə yaşanır. Bir ay içərisində Rusiya və Ukraynadan gəlməyən dərmanların Türkiyədən gətirilməsi asan deyil. Çünki dərmanların xarici ölkədən gətirilməsi və lisenziyalaşdırılması məsələsi yenə də mürəkkəb olaraq qalır. Səhiyyə komitəsində bu problemin həlli istiqamətində bürokratik əngəllərin aradan qaldırılması, belə təcili vəziyyətlərdə ayrıca qanunların ortaya qoyulmasına böyük ehtiyac olmasını müzakirə etmişik. Bu gün problemin qarşısı qısa zamanda alınmalıdır”.

Şərhlər

dadaşyev 2022-10-12 01:03:46

Qardaşım,adicə tetrasiklin yoxdu ee apteklərdə bir aydan çoxdu.A balam,Ukraynada müharibə başlayandan dükanda-bazarda nə yoxdursa və ya nə bahalaşırsa məlum olur ki Ukraynadan gəlirmiş.Az qala vedrə-xəkəndaz,diş qurdalayan çöplər,noski-derjatellər də ordan gəlirmiş.Bəs bizim sürətlə inkişaf eləyən qeyri-neft sektorumuz hara yoxa çıxdı?Yaxşı,əgər Türkiyədə o dərmanlar varsa ora haradan gəlir?Ora da Ukraynadan gəlmirsə,özləri istehsal edirsə müharibənin başlandığı fevraldan bəri niyə Türkiyədən dərmanlar gətirməklə məşğul olmamışıq?Ümumiyyətlə,xalqın qayğısına qalmaq yeganə vəzifələri olmalı olan deputatlar,nazirliklər,təşkilatlar və sairələr nə işlərlə məşğuldurlar? Deputatları başa düşdük,ən ümdə vəzifələri maaşlarını qaldırmaq oldu bu il,baxmayaraq ki bərkə düşən kimi birisindən 5 milyon dollar anındaca haradansa peyda oldu,heç olmasa gələn il tetrasiklin gətirməklə məşğul olsunlar ölkəyə ki,qarnımızı doldurmağa bir şeylər tapsaq ağrıyıb eləsə tetrasiklin tapa bildiyimiz üçün çox sağ ol deyək,şadlanaq sevinək ki axırı ki nəyəsə yaradılar illər sonra.Nədəəə bu?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol