Menu

Azərbaycanın futzal yığması da səfərdə Yunanıstanı darmadağın edib

11.10.2022, 22:41
Azərbaycanın futzal yığması da səfərdə Yunanıstanı darmadağın edib

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının əsas seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report"un məlumatına görə, Joze Alesionun baş məşqçi olduğu komanda VI qrupun 2-ci turunda Yunanıstanın qonağı olub. Afinadakı qarşılaşma Azərbaycan yığmasının 7:0 hesablı qələbəsi ilə başa çatıb.

Qolları 2-ci dəqiqədə Rafael Vilela, 5 və 16-cı dəqiqələrdə, Xətayi Bağırov, 18 və 25-ci dəqiqələrdə Qallo, 37-ci dəqiqədə Tyaqo Bolinya və 40-cı dəqiqədə Conatas Felipe vurublar.

Bu qələbədən sonra xallarını 6-ya çatdıran milli komanda vahid lider olub. İkinci pillədə 3 xalla Polşa qərarlaşıb. Xalı olmayan Yunanıstan isə sonuncudur.

Qeyd edək ki, Azərbaycan ötən tur evdə Polşanı 4:3 hesabı ilə məğlub edib. Yunanıstan isə eyni rəqibə 3 cavabsız qolla yenilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol