Menu

Beynəlxalq Atom Enerjisi Agentliyi: “İran yeraltı nüvə obyektlərini genişləndirir” - FOTO

12.10.2022, 00:26
Beynəlxalq Atom Enerjisi Agentliyi: “İran yeraltı nüvə obyektlərini genişləndirir” - FOTO

Beynəlxalq Atom Enerjisi Agentliyi son hesabatında BMT-nin bu nəzarət orqanının rəhbərlər şurasına məlumat verib ki, İran yeraltı nüvə obyektlərini genişləndirir. Bu barədə “Azad İran” “Telegram” kanalında məlumat verilib.

“Reuters”in məlumatına görə, oktyabrın 10-da ajansın məxfi hesabatında ”İran Nətənz şəhərində yerləşəən yeraltı nüvə obyektində uranın qabaqcıl sentrifuqalarla zənginləşdirilməsini inkişaf etdirir və daha da irəli getmək əzmindədir”.

Agentliyin yaydığı məlumata əsasən, bu yaxınlarda Nətənz yeraltı təsisastında quraşdırılan İR-6 qabaqcıl sentrifuqalarının üçüncü kaskadı artıq istismar mərhələsinə daxil olub.

Qeydə edək ki, İran Beynəlxalq Atom Anerjisi Agentliyinə burada quraşdırdığı 12 sentrifuqaya əlavə olaraq 3 ədəd IR-2M sentrifuqa kaskadı əlavə etməyi planlaşdırdığını bildirib.

Şərhlər

Mubariz 2022-10-12 09:13:22

Day bunun harasi azad Iran kanali oldu ki

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol