Menu

“ABŞ administrasiyası Rusiyanın nüvə silahının istifadəsinə cavabı müzakirə edib” - Bayden

12.10.2022, 09:00
“ABŞ administrasiyası Rusiyanın nüvə silahının istifadəsinə cavabı müzakirə edib” - Bayden

ABŞ administrasiyası Rusiyanın Ukraynada taktiki nüvə silahından istifadə etməsi halında ABŞ-ın cavabını müzakirə edib.

“Report” xəbər verir ki, bunu ABŞ prezidenti Cozef Bayden CNN-ə müsahibəsində deyib.

“Bununla bağlı müzakirələr olub, amma nəyi bacarıb, nə edə bilməyəcəyimizi danışmaq məsuliyyətsizlik olardı”-deyə, o bildirib.

ABŞ prezidenti həmçinin, Rusiya lideri Vladimir Putinin Ukrayna münaqişəsində taktiki nüvə silahından istifadə edəcəyini düşünmür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol