“Gəncə terroru ilə bağlı Azərbaycan Baş Prokurorluğunda 3 cinayət işi başlanılıb, bu hərbi siyasi tapşırığı verənlər və icra edənlər müəyyən olunub”.
“Report”un xəbərinə görə, bunu Gəncə şəhərinə səfəri zamanı jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.
O bildirib ki, həmin şəxslər beynəlxalq axtarışa verilib:
“Hesab edirəm ki, biz onları hər yerdə, harada olduqlarından aslı olmayaraq, daim təqib edəcəyik. Həmin şəxslərin gec-tez məsuliyyətə cəlb edilməsinə nail olacağıq. Mən buna inanıram”.


Şərhlər
Müəyyən olunubsa niyə açıqlanmır?
Gəncə terrorunun sifarişçisi də,icraçısı da Putindir.Onu,ancaq Allah cəzalandıra bilər.Necə ki 20 Yanvar qətliamının təşkilatçısı Primakov idi,cəzalandırmaq əvəzində yubileyini bayram edirik,Putin də elə.Ad gününə hədiyyələr bəxş edirik.