Menu

“ABŞ münasibətlərin normallaşması üçün rəsmi Bakı və İrəvanla əlaqə saxlayır” - Dövlət Departamenti

12.10.2022, 13:37
“ABŞ münasibətlərin normallaşması üçün rəsmi Bakı və İrəvanla əlaqə saxlayır” - Dövlət Departamenti

“ABŞ Dövlət Departamentinin Qafqaz üzrə baş məsləhətçisi Filip Riker Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması məsələsində bu ölkələr ilə daim əlaqə saxlayır”.

"Report" xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays brifinqdə deyib.

"Biz bu məsələ ilə məşğul olmağa davam edəcəyik. Mən konkret nəticələr vəd edə bilmərəm, lakin söz verə bilərəm ki, bu, bizim üçün prioritet olaraq qalacaq", - o bildirib.

Dövlət Departamentinin sözçüsü dövlət katibi Entoni Blinkenin Azərbaycan və Ermənistan liderləri ilə telefon danışıqları apardığını da xatırladıb.

Ötən ay isə Nyu-Yorkda ABŞ dövlət katibinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilib.

Şərhlər

Eli 2022-10-12 14:26:32

ABŞ diplomatları düz edir birinci öz maralarını temin edirler sonra dz başqalarının tsleyi ile manipulyasiya edirler.Sen konkret netice niye deye bilmirsen BMT -qetmameleri var kimin haqlı kimin haqsız olduğunu Siz de bilirsiniz nütün dünta da bilir, daha nağıl danışmaq kime ve neye lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol