Menu

"Rusiya və ABŞ arasında görüşlər üçün heç bir təşəbbüs yoxdur" - Kreml

12.10.2022, 13:53
"Rusiya və ABŞ arasında görüşlər üçün heç bir təşəbbüs yoxdur" - Kreml

Rusiya və ABŞ arasında yüksək səviyyəli görüşlərlə bağlı hər iki tərəfdən heç bir təşəbbüs yoxdur.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Bildiyim qədər, nə Rusiya, nə də Amerika tərəfi yüksək səviyyədə ikitərəfli təmasların təşkili üçün heç bir təşəbbüs göstərməyib”, - Peskov jurnalistlərə G20 çərçivəsində iki liderin görüşünün mümkün olub-olmaması sualını cavablandırarkən deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol